Sumqayıt şəhərində yol qəzası baş verib. Bu haqda 10 aprel tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən “Simurq” şadlıq sarayının önündə, Səməd Vurğun küçəsində qeydə alınıb. Eyni istiqamətli yolda hərəkət edən “Nissan” markalı avtomobil dönmə əməliyyatını düzgün icra etmədiyindən “Prius”la toqquşub. Nəticədə sonuncu idarəetməni itirərək bordürə çarpılıb. Qəza zamanı xəsarət alan olmayıb.