Sumqayıtda “Siqaret çəkmə, kitab oxu” adlı tədbir keçirilib. Bu haqda bu gün, 31 may tarixində Sumqayıt24 xəbər verir.
Tədbir 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təşkil edilib. Mərasim iştirakçılarına “Zərərli vərdişlərdən uzaq olun” adlı rəsm sərgisi nümayiş olunub.
Uşaq Şöbəsinin böyük multimedia mütəxəssisi Zübeydə Məmmədova və 4 nömrəli xəstəxananın terapevt həkimi Aynurə Abdullayeva gənclərə tütün məhsullarının zərərindən danışıblar. Sonda uşaqların sualları ətraflı cavablandırılıb.