Sumqayıtda fəaliyyət göstərən şirkətə 4,2 milyon ABŞ dolları kredit ayrılıb. Sumqayıt24 bu haqda 14 dekabr tarixində Apa.az-a istinadən xəbər verir.
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən "Az-Lead" MMC-yə ayrılan kredit üç elementdən ibarət olacaq. Belə ki, 1 milyon dollar şirkətin cari borcunun təkrar maliyyələşməsinə, 1,9 milyon dollar emal və enerji səmərəliliyinin artırılması üzrə güclərinin artımına, 1,3 milyon dollar isə akkumulyator qırıntılarının alışına yönəldiləcək.
Qeyd edək ki, kredit hesabına şirkət təkrar qurğuşun istehsalının gücünü, cari 7,2 min tondan 17,3 min tona qədər artırmağı planlaşdırır.