Sumqayıt Dövlət Universitetində SOCAR ilə ali təhsil müəssisəsinin nümayəndələri
arasında görüş keçirilib. Sumqayıt24 bu barədə yanvarın 24-ü xəbər verir.
Görüşdə elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu günədək SOCAR-ın təcrübə proqramlarına universitetin 120 tələbəsi cəlb edilib, son iki ildə isə SOCAR-ın strukturuna daxil olan müəssisələrdə 41 məzun işə qəbul edilib. İştirakçılar səmərəli əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə ediblər.