Sumqayıtda fəaliyyət göstərən şirkətin ixrac gəlirləri azalıb. Sumqayıt24 bu barədə 1 sentyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 105,7 milyon dollar olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 13,8% və ya 17 milyon dollar azdır.
Qeyd edək ki, şirkət 2021-ci ilin birinci yarısında 122,7 milyon dollarlıq məhsul ixrac etmişdi.