Sumqayıtda fəaliyyət göstərən şirkətin ixrac gəlirləri azalıb. Sumqayıt24 bu barədə 31 oktyabr tarixində Apa.az-a istinadən xəbər verir.
Cari ilin yanvar-sentyabr aylarında "SOCAR Polymer" MMC-nin ixrac gəlirləri 146,3 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrünə nisbətən 15,1% və ya 26,1 milyon dollar azdır.
Belə ki, MMC 2021-ci ilin doqquz ayında 172,4 milyon dollarlıq məhsul ixrac etmişdir.