“SOCAR-STP” MMC-ni yenidən məhkəməyə veriblər. Sumqayıt24 bu haqda 16 dekabr tarixində Fed.az-a istinadən xəbər verir.
İş "Qualitec" MMC tərəfindən müqavilələrdən əmələ gələn öhdəliklərdən yaranmış mübahisələrlə bağlı qaldırılıb.
İddia Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Əliyevanın sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, Sumqayıtda fəaliyyət göstərən şirkəti “Bakı Engineering Supplies LTD” MMC və “General Supply” QSC də məhkəməyə vermişdi.