Azərbaycanda bu il "Son zəng" tədbiri iyunun 14-də deyil, 12-də keçiriləcək.
Bakıvaxtı.az-ın məlumatına görə, bu dəyişiklik tədris ili üçün təsdiqlənmiş məktəb təqvimində öz əksini tapıb. Tədbirin tarixinin irəli çəkilməsinə səbəb 14 iyunun qeyri-iş günü olmasıdır.
Beləliklə, ümumtəhsil müəssisələrində ənənəvi "Son zəng" mərasimi bu il iyunun 12-də baş tutacaq.