Sumqayıtın iki məktəbini də əhatə edən sosial investisiya layihəsi başa çatıb. Sumqayıt24 bu haqda 7 iyun tarixində Report.az-a istinadən xəbər verir.
“British Petroleum” və tərəfdaşlarının həyata keçirdiyi layihə çərçivəsində 4 və 21 saylı məktəblərdə inklüziv təhsil təbliğ olunub. Həmin məktəblərdə xüsusi təchiz olunmuş inklüziv təhsil resurs otağı yaradılıb. Burada əlilliyi olan uşaqların öyrənmə və inteqrasiya səylərinə dəstək vermək məqsədilə qrup və fərdi xidmətlər göstəriləcək.
Bundan əlavə, müəllimlərdən ibarət seçilmiş qruplara yeni avadanlıq və texnologiyalardan səmərəli istifadə etmək, öz məktəblərində ümumi inklüziv mühitin və mədəniyyətin qorunub saxlanılmasına kömək etmək üçün təlim keçilriib.