Polimer Materialları İnstitutunun şəhid alimlərinin xatirəsi anılıb. Bu barədə Sumqayıt24 xəbər verir.
İnstitutun baş direktoru Bəxtiyar Məmmədov, institutun icraçı direktoru Kazım Quliyev, laboratoriya müdiri Əlverdi Kərimov və Həmkarlar İttifaqı Komitəsinin sədri Aynurə Məmmədova Şəhidlər xiyabanını ziyarət ediblər.
Alimlər 24 yanvar 1990-cı ildə Bakı-Sumqayıt yolunda şəhid olublar. Sovet ordusunun tankı onların avtomobilini əzərək keçib. Nəticədə professorlar İbrahim İbrahimov və Svetlana Məmmədova yerindəcə, İsmayıl Mursaqulov isə 3 gündən sonra vəfat ediblər. Parlaq Mustafayeva və İdris Əhmədov uzun müddət müalicə aldıqdan sonra sağlamlıqlarına qovuşublar.
Qeyd edək ki, Sumqayıt yolunda professorların xatirəsinə monument qoyulub. [modula id="30764"]