Sumqayıt Tibb Mərkəzinin direktor müavini Gəray Abbasov təlimə qatılıb. Bu haqda 18 noyabr tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
“Xəstəxanaların idarəedilməsi” adlı təlim “Yeni Klinika”da təşkil olunub. Tədbirdə iştirak edən Gəray Abbasova sertifikat təqdim edilib.
Qeyd edək ki, seminar İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində reallaşıb.