Sumqayıt Tibb Mərkəzinin (STM) əməkdaşları təltif olunublar. Sumqayıt24 bu haqda 25 noyabr tarixində xəbər verir.
TƏBİB-nin icraçı direktoru Vüqar Qurbanov STM-in Müharibə iştirakçıları ilə iş üzrə koordinasiya bölməsində çalışan 5 nəfəri Təşəkkürnamə ilə mükafatlandırıb.
Qeyd edək ki, əməkdaşlar müharibədə xəsarət almış hərbi qulluqçulara və müharibə əlillərinə tibbi xidmətin əlçatanlığının təmin olunmasında nümunəvi fəaliyyət göstəriblər.