top
STM-in direktor müavini: “Selektiv abortlar qanunsuzdur”
17 aprel 2025, 06:08
- ↺ +

STM-in direktor müavini: “Selektiv abortlar qanunsuzdur”

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

"Selektiv abortların qarşısının alınması üçün konkret təminatımız var".

Bunu Apa.az-a müsahibəsində TƏBİB-in Doğuşayardım Komissiyasının sədri, Sumqayıt Tibb Mərkəzinin direktor müavini, Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli deyib.

Selektiv abortlara ciddi nəzarət zəruridir

O bildirib ki, selektiv abortlara ciddi nəzarət olunmalıdır:

"DSK-nın rəqəmlərinə istinadən, 2023-cü ildə doğulmuş qız uşaqlarının sayı 52.802, oğlanların isə 59.812-dir. Bu nisbətə baxanda o qədər də ciddi pozulma müşahidə olunmur. Sadəcə nisbətin saxlanılması üçün selektiv abortlara ciddi nəzarət olunmalıdır. Bizim də buna uyğun Səhiyyə Nazirliyi tərəfindən verilən təlimatlarımız var.

Ailə planlaması və kontraseptiv vasitələr tədbir kimi tətbiq olunur

Arzu olunmayan hamiləliklərdən qadınların qurtulması üçün kontrasepsiya və ailə planlaması həyata keçirilir. Daha sonra 2023-cü ilin avqust ayında Xidmətlər Zərfi çərçivəsində dəyişiklik oldu və uşaqlıqdaxili spiralların taxılıb çıxarılması da təminata alındı. Bu da arzuolunmayan hamiləliklərin qarşısını almaqda istifadə olunur. Selektiv abortların olmasının qarşısının alınması üçün konkret təminatımız var.

Selektiv abortlar qanunsuzdur

Dölün cinsi 12 həftədən sonra məlum olur. Bizim kliniki protokollar sosial və tibbi göstəriş yoxdursa, selektiv aborta icazə vermir. Bu halda selektiv abortlar edilirsə, qeyri-qanunidir. Abortlar demoqrafiyamıza və genofondumuza çox mənfi təsir edən faktordur. Bununla bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır".

Selektiv abort nəticəsində qadın ölümləri baş verib

Təranə Rəcəbli qeyd edib ki, 2024-cü ildə selektiv abort cəhdinə görə iki qadın ölüb:

"Ümumiyyətlə, abortlar qadın orqanizmi üçün çox təhlükəlidir. Beynəlxalq standart medikamentoz (dərmanla - red.) aborta üstünlük verir. İnvaziv müdaxilələri azaltmağa üstünlük verir. İnvaziv müdaxilələr uşaqlıqda infeksiyaların, mexaniki travmaların alınmasına səbəb olur. Bu da ağırlaşmalara və ölümlərə gətirib çıxarır.

Qadınlar ailə planlamasına üstünlük verməlidirlər

ÜST 2000-ci ildə 386 min qadın arasında ölümləri araşdırıb. Belə ki, 14% halda abortdan sonra ölümlər baş verib. Qadınlarımız ailə planlaması etməli, arzuolunmayan hamiləlikdən qorunmalıdır".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 38-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:40

"Ərazidə dayanmaq olmur": sumqayıtlılardan narazılıq

Bütün xəbərlər
Dünən, 18:20

Ceyranbatanda zibil həftələrlə küçədə qalır? - İDDİA

Bütün xəbərlər
Dünən, 18:09

Qoyun leşləri günlərdir ərazidən yığışdırılmır…

Bütün xəbərlər
Dünən, 17:42

Sumqayıtda velosiped və skuterlərin hərəkəti üçün yeni addım

Bütün xəbərlər
Dünən, 17:05

Müəllimlərə güzəşt - avtobus və metro 1 QƏPİYƏ

Bütün xəbərlər
Dünən, 16:35

Sumqayıtda tələbə qız ölü tapılıb

Bütün xəbərlər
Dünən, 16:00

Sumqayıtda qadının dələduzluq sxemi: pensiya, iş və hərbi xidmətdən azadolma vədləri

Bütün xəbərlər
Dünən, 15:30

Tanış olduğu qadını aldadıb 96 min manatını aldı - Sumqayıtda film kimi cinayət

Bütün xəbərlər
Dünən, 14:55

Sumqayıtda maşın qaz xəttinə çırpılıb

Bütün xəbərlər
Dünən, 14:15

Nazir müavini tələbələrin geyim qaydalarından danışdı

Bütün xəbərlər
Dünən, 13:42

Sumqayıtda 23 dərəcə isti olacaq

Bütün xəbərlər
Dünən, 13:07

"Tam Store" buna görə CƏZALANDIRILDI

Bütün xəbərlər
Dünən, 12:30

Ardıcıl dörd gün iş olmayacaq – TARİXLƏR

Bütün xəbərlər
Dünən, 12:00

Ceyranbatan su anbarının əməkdaşı iş yerində öldü

Bütün xəbərlər
Dünən, 11:30

Sumqayıtlıları noyabrda maraqlı səma hadisəsi gözləyir - PROQNOZ

Bütün xəbərlər
Dünən, 10:50

Sumqayıtda qəza - maşınlar toqquşdu

Bütün xəbərlər
Dünən, 10:20

Novxanı yolunda ağır qəza - 5 nəfər yaralandı

İdman
Dünən, 09:41

"Sumqayıt" azarkeşlərinin nəzərinə: bu gün oyun var

İdman
Dünən, 09:11

Ceyranbatan məktəblisi beynəlxalq yarışın BİRİNCİSİ OLDU

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 37-ci günü: XRONİKA

Bütün xəbərlər
01 noyabr 2026, 18:30

Sumqayıtın yetişdirdiyi məşhur simalar

Bütün xəbərlər
01 noyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Bütün xəbərlər
31 oktyabr 2026, 18:00

Sumqayıtda noyabrın ilk günü 20 dərəcə isti olacaq

Oxşar xəbərlər