Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov qazi Sultan Bəndəliyevi ziyarət edib. Bu haqda 19 fevral tarixində Sumqayıt24 STM-ə istinadən məlumat verir.
2 nömrəli Xəstəxanada müalicə alan "Azərbaycan Bayrağı" ordenli Birinci Qarabağ müharibəsi qazisi ilə həmsöhbət olan E. Azadxanov onun səhhəti ilə maraqlanıb, tezliklə sağlamlığa qovuşmasını arzulayıb.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsi dövründə S. Bəndəliyevin komandir strategiyası Ağdamın Abdal-Gülablı kəndində, Aranzəmin, Pircamal, Naxçıvanik döyüşlərində hərbçilərin dadına çatıb.