Sumqayıt Tibb Mərkəzinin (STM) direktoru Elnur Azadxanov vətəndaş qəbulu keçirib.
Sumqayit24.az xəbər verir ki, qəbul zamanı STM-in aidiyyəti struktur bölmələrinin rəhbərləri də iştirak ediblər. Görüşdə 20 vətəndaşın müraciətinə baxılıb.
Müayinə, müalicə, işlə təmin olunma və digər mövzuları əhatə edən müraciətlər dinlənilib və bir sıra məsələlər yerindəcə həll olunub.