Sumqayıt Tibb Mərkəzinin (STM) Mülki Müdafiə bölməsinin əməkdaşları mükafatlandırılıb.
Sumqayit24.az xəbər verir ki, 1 Mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar bölmənin 6 əməkdaşı mülki müdafiə sahəsində göstərdiyi səmərəli əmək fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunublar.
Təltiflər E. Azadxanov tərəfindən əməkdaşlara təqdim olunub və onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.