Sumqayıt Kimya Sənaye Parkının rezidenti yeni məhsul istehsalına başlayıb. Sumqayıt24 bu barədə 1 fevral tarixində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Azərbaycanda ilk dəfə olaraq, “STP” MMC-nin Kabel istehsalı müəssisəsi (STP Global Cable) sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlayıb. Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də geniş istifadə edilir.