“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin (STP) əməkdaşına yüksək vəzifə verilib. Bu barədə 22 dekabr tarixində Sumqayıt24 xəbər verir.
Prezident İlham Əliyevin sərəncamı ilə Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında onun səlahiyyətli nümayəndəsi təyin edilib. Fuad Nəcəfli bu təyinatdan əvvəl STP-nin müşahidə şurasının üzvü olub.