Sumqayıt Texnologiyalar Parkının (STP) əməkdaşları Azərbaycan Texniki Universitetində təlim keçirib. Sumqayıt24 bu haqda Azedu.az-a istinadən xəbər verir.
Görüşə ali təhsil müəssisəsinin bütün fakültələrindən tələbələr və məzunlar qatılıb. ”Sumqayıt Texnologiyalar Parkı Şirkətlər Qrupunda tələbə və məzunların karyera yolu” mövzusunda baş tutan təlim STP-nin əməkdaşları Namiq Ağayev, Sevda Həsənova və Tural Şahbazov tərəfindən aparılıb.
Sonda iştirakçılara mövzu ilə əlaqədar test sualları təqdim olunub. Yüksək bal toplayan 5 nəfər mükafatlandırılıb.