Sumqayıt Kimya Sənaye Parkının rezident sayı 26-ya çatıb. Bu haqda bu gün, 13 aprel tarixində Report-a istinadən xəbər veririk.
Məlumata əsasən, “4MAPS Bilgi Teknolojileri” MMC yeni rezident statusunu alan şirkətdir.
10 milyon manat investisiya dəyəri olan rezident 1,5 hektar ərazidə “Tədqiqat-inkişaf mərkəzinin təşkili, kartoqrafiya və naviqasiya xidmətləri” layihəsini həyata keçirəcək. Burada 750 iş yerinin yaradılması nəzərdə tutulur.