Sumqayıtda qəza nəticəsində 5 nəfər xəstəxanalıq olub. Sumqayıt24 bu haqda 14 iyul tarixində Apa.az-a istinadən xəbər verir.
Hadisə dünən axşam saatlarında Sumqayıt Texnologiyalar Parkının yaxınlığında qeydə alınıb. İritonnajlı maşın “Mitsubishi” markalı minik avtomobili ilə toqquşub. Nəticədə “Mitsubishi”-də olan 5 nəfər müxtəlif bədən xəsarətləri alıb. Onlar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. [modula id="18377"]