"SOCAR-STP" MMC-yə inzibati protokol yazılıb. Sumqayıt24 bu haqda 11 oktyabr tarixində xəbər verir.
Mərkəzi Bank protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən tərtib edib. Maddəyə görə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10-20 %-dək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20-30 %-dək məbləğdə cərimə olunurlar.
İş Sumqayıt Şəhər Məhkəməsinin hakimi Rövşən Xəlilovun icraatındadır.