Strateji obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Sumqayıt şəhər Heydər Əliyev Mərkəzini ziyarət edib. Bu haqda 2 mart tarixində Sumqayıt24 mərkəzə istinadən xəbər verir.
Ekskursiya zamanı mərkəzin əməkdaşı qonaqlara ümummilli lider Heydər Əliyevin həyat yolu, ulu öndərlə bağlı maraqlı faktlar barəsində ətraflı məlumat verib. Sonda kollektivlə xatirə şəkilləri çəkilib.