Sumqayıt Sukanal İdarəsinin əməkdaşları təmir və təmizlik işlərini davam etdirir. Sumqayıt24 bu haqda bu gün, 8 aprel tarixində idarənin Facebook səhifəsinə istinadən xəbər verir.
İlk öncə 9-cu mikrorayon ev 11/17-nin qarşısında olan kanalizasiya quyuları yuma maşını ilə çirkab tullantılardan təmizlənib. Daha sonra isə, əməkdaşlar tərəfindən 8-ci mikrorayon ev 1/14-ün 1-ci və 3-cü blokunda zirzəmidə təmir işləri aparılıb.