Sumqayıt Sukanal İdarəsində ictimai dinləmə keçirilib. Bu haqda Sumqayıt24 16 iyul tarixində xəbər verir.
Görüş “Azərsu” ASC-nin dəstəyi və qurumun yanında İctimai Şuranın təşəbbüsü ilə təşkil olunub. Burada şuranın üzvləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri və sakinlər iştirak ediblər. Qaldırılan məsələlər nəzarətə götürülüb.