Sumqayıt Sukanal İdarəsində Zəfər Günü münasibətilə tədbir keçirilib. Sumqayıt24 bu barədə 7 noyabr tarixində idarəyə istinadən xəbər verir.
Tədbirdə Sukanal İdarəsinin əməkdaşları, idarədə çalışan qazilər, vətən müharibəsi iştirakçıları, həmçinin şəhid ailələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən idarə rəisi Xalid Quliyev qazanılan zəfərin tarixi əhəmiyyəti barədə danışıb. Həmçinin Birinci Qarabağ müharibəsi şəhidinin övladı Ramil Qədirov sözügedən idarədə işlə təmin olunub.