Sumqayıtda 3 avtomobilin iştirakı ilə zəncirvari qəza baş verib. Bu haqda Sumqayıt24-ə oxucular xəbər verib.
Hadisə Sülh küçəsində (FHN Sumqayıt bölməsinin önündə) qeydə alınıb. Belə ki, “Audi” markalı avtomobil “Mercedes”ə, sonuncu isə “Mitsubishi” markalı nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtomobillər zədələnib.
Qəza zamanı xəsarət alan olmayıb.
Foto Sumqayıt24