Sumqayıtda qadın qəza nəticəsində dünyasını dəyişib. Bu barədə 1 fevral tarixində Sumqayıt24 xəbər verir.
Hadisə dünən Sülh küçəsində baş verib. Belə ki, 41 yaşlı Anar Rəsulov idarə etdiyi "Ford" markalı avtomobili ilə səkiyə çıxıb və yolun kənarında olan 58 yaşlı Aqibət Eyvazovanı vurub. Qadın yerindəcə keçinib.
Məlumata görə, qəzanın səbəbi sürücünün idarəetməni itirməsi olub.
Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanılıb. İstintaq aparılır.