Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt24 bu barədə 29 avqust tarixində xəbər verir.
Qəza avqustun 28-dən 29-na keçən gecə saat 01:00 radələrində Sülh küçəsində qeydə alınıb. “Hyundai Elantra” ilə “Toyota Prius” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Əraziyə DYP əməkdaşları cəlb olunub.
Şahidlərin sözlərinə görə, günah “Hyundai”-ın sürücüsündə olub.