Sumqayıt şəhərində binanın üzərinə saat quraşdırılır. Bu barədə Sumqayıt24 12 avqust tarixində xəbər verir.
Sözügedən yaşayış binası Sülh küçəsində yerləşir. Bir müddət öncə burada köhnə saatın yerinə Xarıbülbül simvolu əks olunan şəkil quraşdırılmışdır. Hazırda saatın bərpası istiqamətində işlər aparılır.
Daha öncə saatın uzun müddət çalışmadığına görə söküldüyü haqda məlumat vermişdik.