top
Sülh rəmzinin şəhəri - Sumqayıtda quşbazlıq ənənəsi yaşayır
07 mart 2026, 15:40
- ↺ +

"Sülh rəmzi"nin şəhəri - Sumqayıtda quşbazlıq ənənəsi yaşayır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt sakinlərinin ən çox maraq göstərdiyi məşğuliyyətlərdən biri də quşbazlıqdır. Şəhərin demək olar ki, hər məhəllə və mikrorayonunda "sülh rəmzi" sayılan göyərçinləri saxlayan insanlara rast gəlmək mümkündür.

20 ildən artıq quşbazlıqla məşğul olan bir neçə şəhər sakini ilə söhbətləşərək onların bu maraqlı hobbiləri barədə düşüncələrini öyrəndik.

Quşbazların sözlərinə görə, Sumqayıtda ən çox "Bakı" və "Qara kəkilli İran" cinsindən olan göyərçinlər saxlanılır. Bildirilir ki, "Bakı" göyərçinləri gündə təxminən 10–11 saat havada qala bilir. Bu quşların diqqət çəkən xüsusiyyətlərindən biri də uçuş zamanı "salto" etmələridir. "İran" cinsindən olan göyərçinlər isə nisbətən daha az – təxminən 5–6 saat uçurlar.

Onların qidalanmasına gəlincə, göyərçinlərə əsasən buğda, dənlənmiş qarğıdalı və günəbaxan tumları verilir.

Digər canlılar kimi, göyərçinlər də müxtəlif xəstəliklərə yoluxa bilirlər. Ən təhlükəli xəstəlik "dəliçə" (başgicəllənmə xəstəliyi) hesab olunur. Digər xəstəliklər zamanı isə əksər hallarda quşları müalicə etmək mümkün olur.

Həmsöhbətlərimizdən biri maraqlı bir məqama da toxunub: "Quşbazlar arasında "ağıl qanadı" adlı bir deyim var. Belə ki, göyərçinin qanadında baş tərəfdən sayanda 12–13 lələk olduqda, artıq bala quşu uçurtmaq olar. Bundan əlavə, 7–8 saat uçmuş quşları növbəti 2–3 gün ərzində uçurtmaq məsləhət deyil. Çünki onların fiziki olaraq bərpa olunması üçün müəyyən vaxt tələb olunur".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər