“SUMbuilders” robototexnika komandası turnirdə uğurlu çıxış edib. Sumqayıt24 bu haqda 29 noyabr tarixində xəbər verir.
Rusiyada “Professionallar” beynəlxalq çempionatı keçirilib. Kollektivimiz “Müəssisə İnformasiya Texnologiyaları Təhlükəsizliyi” yarışmasında 2-ci yeri tutub:
- Ekspert-mentor Tural Suleymanov, “SUMbuilders”;
- İştirakçı Qüdrət Rəhimli, “STDC” MMC, Azərbaycan Texniki Universiteti.
“Elektronika” yarışmasında isə komandamız 3-cü yerə layiq görülüb:
- Ekspert-mentor Amin Nəcəfli, Sumqayıt Dövlət Universiteti;
- İştirakçı Riza Cəfərli, Sumqayıt şəhər Təfəkkür Liseyi.
Qeyd edək ki, Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi çempionata Azərbaycan, Rusiya, Çin, Hindistan, Vyetnam, Səudiyyə Ərəbistanı, Qazaxıstan, Belarus, Filippin, Suriya olmaqla 10 ölkə nümayəndəliyini dəvət etmişdi. Sankt-Peterburq finalına 120 mindən çox iştirakçı arasından seçilən 700-dək nəfər vəsiqə qazanmışdı.