Sumqayıtın “SUMbuilders” robototexnika komandası “Helind Enerji” şirkətində ekskursiyada olub. Bu haqda 10 mart tarixində Sumqayıt24 xəbər verir.
Ekskursiya zamanı alternativ enerji sistemlərinin satışı və quraşdırılması ilə məşğul olan şirkətin mütəxəssisləri iştirakçılara dəyərli tövsiyələrini veriblər. Kollektiv mühəndislərin çalışma prosesi ilə yaxından tanış olub.