“Sumgait Fight Club”un məşqçisi və Prezidenti Rəşad Yaqubov təltif olunub. Bu haqda o, öz Facebook səhifəsində məlumat yayıb.
Rəşad Yaqubov antinarkomaniya tədbirlərində verdiyi töhfələrə görə “Regional Sosial Təşəbbüslərə Dəstək” İ.B tərəfindən Fəxri fərmana layiq görülüb.
Qeyd edək ki, MMA (qarışıq döyüş növləri) üzrə məşqçi olan Yaqubov, sözügedən klub yaranandan burada məşqçi kimi çalışır. Onun yetirmələri bir çox Dünya əhəmiyyətli turnirlərdən qələbə ilə dönüb. [modula id="8971"]