Sumqayıtda küvəzə daşınmış azçəkili və ya ağır qüsurlarla doğulmuş körpələrin sayı açıqlanıb. Bu haqda bu gün, 7 dekabr tarixində Oxu.Az məlumat yayıb.
Məlumata əsasən, Sumqayıtda cari ilin 10 ayı ərzində doğum evlərində 7 körpənin küvəzə daşınması icra edilib.
Sumqayıtla yanaşı, 75 körpənin daşınması aşağıdakı şəhər və rayonların da payına düşür:
“Göyçay rayonu üzrə 17, Şirvan 20, Kürdəmir 9, Salyan 11, Gəncə və Bərdə 3, Lənkəran və Ucar 2, Balakən, Yevlax, Quba, Qusar, Zərdab, Tovuz, Zaqatala, Biləsuvar rayonları üzrə isə 1 körpə daşınması həyata keçirilib,”- bu barədə, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətindən məlumat verilib.