Sumqayıtda 45-ci kvartalda market naməlum şəxslər tərəfindən yarılıb. Bu barədə Xeberle.com məlumat yayıb.
Hadisə Nəriman Nərimanov küçəsində yerləşən "Pioner" marketdə baş verib. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları apardığı araşdırma nəticəsində məlum olub ki, gecə saatlarında naməlum şəxslər marketə daxil olublar. Məlumata görə, onlar qida məhsullarını və gün ərzində kassa yığılan pulu aparıblar.
Faktla bağlı araşdırma aparılır.