Bu gün, 2 sentyabr tarixindən etibarən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin nəzdində Peşə Təhsil Mərkəzində boş qalan yerlər üzrə tələbə qəbulunun II-ci mərhələsinə start verildi. Bu haqda Təhsil Nazirliyinin rəsmi saytında xəbər paylaşılıb.
Qeydiyyatdan "portal.edu.az" platformasına daxil olub ödənişsiz qaydada keçmək mümkündür. Həmçinin, tələbə qəbulunun I-ci mərhələsində uğurlu nəticə göstərməyən şəxslər də II-ci mərhələyə qatıla bilərlər. Sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək.
Qeyd edilir ki, qəbul müraciət edənin attestatında ki müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır. Hər bir şəxs maksimum 5 ixtisas üzrə seçim edə bilər. Daha sonra, müsabiqədən uğurla keçən şəxslər qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.
Qəbul aşağıda ki ixtisaslar üzrə keçiriləcək: