Sumqayıt şəhər sakini Qubada saxlanılıb. Bu barədə bu gün, 25 noyabr tarixində "Report" məlumat yayıb.
Polis əməkdaşları sumqayıtlı Firudin Əliyevi narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlayıblar. Əliyev Quba rayonunda kirayədə yaşayib. Onun üzərindən və avtomobilindən metamfetamin və marixuana aşkar edilərək müsadirə olunub.
Faktla bağlı cinayət işi başlanılıb.