Sumqayıtda vətəndaşlar son günlər Bələdiyyə binasına buraxılmırlar. Bu problem ilə əlaqədar Xəzər Xəbər reportaj hazırlayıb.
Sakinlərin sözlərinə görə COVID- 19 pasportu olmasına baxmayaraq onları içəri buraxmırlar. Vətəndaşlar məcbur olaraq sənədlərini pəncərədən təqdim edirlər, özləri isə çöldə gözləyirlər və məsələ elə pəncərədəcə həll edilir.
Bu problem ilə bağlı Bələdiyyənin üzvü Akif Kərimov açıqlama verib. Onun sözlərinə görə, qurumda koronavirusa yoluxmuş şəxslər olub və bu səbəbdən rəhbərlik vətəndaşları ancaq çöldən qəbul etmələrinə dair tapşırıq verib.
Sonda isə - "Yəni bu addım özümüz üçün deyil, sakinlərin sağlamlığı üçün atılıb",- deyə Kərimov vurğulayıb.