Sumqayıt Texniki və Təbiət Elmləri Liseyində Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev şagirdlərin açıq dərsində iştirak edib. Bu haqda DünyaTV məlumat yayıb.
Liseyinin 2“a” və 2“b” siniflərində “Uğurun sirri” adlı açıq dərs keçirilib. Görüşdə çıxış edən Zəkiyev məktəblilərə öz həyat hekayəsini danışdı. O, 1999-cu ildə Füzuli rayonunda kəşfiyyatda olarkən döyüş tapşırığını yerinə yetirdiyi zaman düşmən snayperin gülləsinə tuş gəlib. Aldığı güllə yarasından sonra görmə qabiliyyətini tamamilə itirib. Buna baxmayaraq o yenidən idmana qayıtmağı bacardı.
İlham Zəkiyev şagirdlərə hər zaman əzimli olmağı və məqsədlərinə çatmaları üçün daimi mübarizə aparmaq lazım olduğunu söylüyüb. Görüşün sonunda İlham Zəkiyev şagirdləri maraqlandıran sualları cavablandırıb.
Daha öncə, paralimpiya çempionu İlham Zəkiyev idman həvəskarları ilə görüşüb.