Bakı-Sumqayıt yolunda minik avtomobili yük avtomobili ilə toqquşub. Bu barədə APA məlumat yayıb.
“Fiat” markalı avtomobil “Kamaz”a çırpılıb. Nəticədə, “Fiat”ın sürücüsü Fətəli Heydərov yüngül xəsarət alıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunublar və deformasiyaya uğrayan avtomobildən sürücünü çıxarıblar.
İlkin məlumata görə, qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı araşdırma aparılır.