Sumqayıtda daha bir məhəllədə iməcilik işləri təşkil olunub. Bu haqda Sumqayıt24 DünyaTV-yə istinadən xəbər verir.
Bu dəfə işlər şəhərin 76-cı məhəlləsində aparılıb. Burada fərdi yaşayış evlərinin ətrafı səpilmiş tullantılar ilə dolu idi. Bu səbəbdən əraziyə ekskavator və yük maşını, həmçinin çox sayda işçi qüvvəsi cəlb olunub. Onlar tərəfindən zibil tək-tək yığılıb və texnika vasitəsi ilə buradan aparılıb.
Bundan əvvəl, təmilzlik tədbirləri Novxanı bağları ərazisində görülmüşdür.