Sumqayıtda istifadə olunmuş, lakin yararlı halda olan əşyalar üçün xüsusi qutular quraşdırılıb. Orada yığılan paltarlar ehtiyacı olan ailələlər paylanılacaq.
Həmin qutular, Təmizlik Departamenti tərəfindən Mehdi Hüseynzadə stadionun yanında və Sülh küçəsində yerləşdirilib. Vətəndaşlar bu qutuya lazımsız paltarlar, ayaqqabı, çanta və digər əşyalarını qoya biləcəklər.
Həmçinin, “Kimyaçılar” Mədəniyyət Sarayının önündə ki parkda plastik su şüşələrin atılması üçün “su şüşəsi” formasında qutu mövcuddur.
İstifadə olunmuş əşyalara ikinçi həyatı bəhş etmək, ekologiyaya dəstək dəməkdir.
Foto Sumqayıt24
Foto Sumqayıt24