top
Sumqayıtdan paytaxta Saray avtobusu ilə gedən sərnişinlərə xəbər var
07 dekabr 2021, 00:30
- +

Sumqayıtdan paytaxta Saray avtobusu ilə gedən sərnişinlərə xəbər var

Sumqayıt və Saray qəsəbə sakinlərinin paytaxta getmək üçün avtobus tapa bilməmələrinin səbəbləri açıqlanıb. Sumqayıt24 bu barədə XəzərTV-yə istinadən yazır.

Bundan əvvəl xəbər verdiyimiz kimi, bu problem şəhərimizdən Bakıya gedən 501 nömrəli avtobusların ləğv edilməsindən sonra ortaya çıxıb. Hazırda həmin istiqamətlə yalnız 503 nömrəli marşrut xəttinin az sayda avtobusları hərəkət edir. Bu səbəbdən nəqliyyata minməyə yer tapmayan vətəndaşlar taksi ilə getməyə məcbur olurlar.

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin nümayəndəsi Günay Əliyeva bu məsələ ilə bağlı öz açıqlamasında bildirib ki, hazırda bu istiqamətdə 30 dəqiqə intervalla 15 avtobus hərəkət edir:

“Müraciətlərin çox olması səbəbindən, bir müddət əvvəl sınaq marşrut xətti açılmışdır. Lakin, sərnişin axını az olduğundan həmin marşrut 2 ay sonra fəaliyyətini dayandırdı. Sərnişin axını artarsa, gələcəkdə Saray-Bakı marşrut xəttinin də açılmasına baxıla bilər”,- deyə, Əliyeva əlavə edib.

Həmçinin, 503 nömrəli marşrutun dispeçeri bildirib ki, qanunsuz sərnişin daşıma olduğundan, onlara məxsus avtobuslardan az adam istifadə etməyə başlayıb. Əgər qanunsuz sərnişindaşıma yığışdırılarsa, interval 30 dəqiqədən 10 dəqiqəyə qədər azaldıla bilər.

501 nömrəli marşrutun sahibi Dönməz Məmmədov deyib ki, balanslarında 40 avtobus olsa da, həmin səbəbdən bu ilin əvvəlindən fəaliyyətlərini dayandırıblar. Lakin, onlar buna baxmayaraq yenidən fəaliyyətə başlamaq üçün aidiyyatı qurumlara müraciət ünvanlayıblar.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:55

Sumqayıtda sabah 30 dərəcə isti olacaq

Bütün xəbərlər
Bu gün, 17:15

Novxanıda dirək hər an kimisə əzə bilər

İdman
Bu gün, 16:46

"Sumqayıt" basketbol klubuna yeni baş məşqçi təyin olundu

İdman
Bu gün, 16:15

"Sumqayıt"ın iki futbolçusuna ölkələrinin yığmalarından dəvət gəlib

Bütün xəbərlər
Bu gün, 15:52

Sumqayıtda şəhid atası oğlunun ildönümündən sonra VƏFAT ETDİ

İdman
Bu gün, 15:05

"Sumqayıt"ın qapıçısı Almaniya ilə Gəncəni müqayisə etdi

Bütün xəbərlər
Bu gün, 14:33

Sumqayıtda çalışmış gənc həkim vəfat etdi

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıt polisi "TikTok"da saxta quzu elanı paylaşanı saxladı

Bütün xəbərlər
Bu gün, 13:31

Sumqayıtda yaşayan Qubadlı sakinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Bu gün, 12:40

Maaşlardan tutulan gəlir vergisi dəyişir - BU TARİXDƏN

Bütün xəbərlər
Bu gün, 12:34

Bakı-Sumqayıt xəttində izdiham: qatarda yer qalmadı, sərnişinlər ayaqyoluna sığındı

İdman
Bu gün, 12:05

"Sumqayıt" iki amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Bu gün, 11:33

Sumqayıt və Saraydan Bakıya gedənlərin DİQQƏTİNƏ

Bütün xəbərlər
Bu gün, 10:49

Sumqayıtda qızıl satıcısını aldadıb avtomobillə qaçdı – 4 il həbs

Bütün xəbərlər
Bu gün, 09:55

Sürət qatarında nasazlıq - sumqayıtlılar yollarda qaldı

Bütün xəbərlər
Bu gün, 09:20

Sumqayıtda faciə - sürət qatarı kişini vuraraq öldürdü

Bütün xəbərlər
Dünən, 10:00

Sənaye şəhərinin beşiyi: Kimyaçılar qəsəbəsi haqqında maraqlı faktlar

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:30

Sumqayıtda qazıntı bitdi, "izləri" qaldı

Kriminal
19 sentyabr 2026, 17:54

Coratda kişi bıçaqlanıb, arvadı şübhəli bilinir - YENİLƏNİB

Bütün xəbərlər
19 sentyabr 2026, 17:30

Sumqayıtın problemləri bir masa arxasında-Ağsaqqallar və İctimai Şuranın görüşü

Bütün xəbərlər
19 sentyabr 2026, 16:30

Yaralı nadir bayquş Sumqayıt sakinindən "kömək istədi" - VİDEO

Bütün xəbərlər
19 sentyabr 2026, 15:30

Sumqayıtın hava proqnozu

Kriminal
19 sentyabr 2026, 14:54

11 yaşlı qızının gözü qarşısında arvadını öldürdü – 16 il həbs

Oxşar xəbərlər