Sumqayıtdan və Bakıdan, həmçinin Abşeron, Samux rayonlarından olan şəhid ailələri mənzillərlə təmin ediləcək. Bu haqda Report məlumat yayıb.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimovun Milli Məslisin plenar iclası zamanı dediyinə görə, həmin şəhər və rayonlarda köçkünlər üçün tikilən 6365 mənzil cari il ərzində şəhid ailələri və qazilərə veriləcək.
Həmçinin o qeyd edib ki, indiyənədək "Məşğulluq marafonu" tədbirləri çərçivəsində 8200-dən çox şəhid ailəsi, qazi və müharibə iştirakçısının məşğulluğu təmin edilib.
Xatırladaq ki, Sumqayıtda şəhid, qazi və Vətən müharibəsi iştirakçıları üçün yeni qəsəbə tikilir.