Sumqayıtda 10.616 kiloqram çəkidə məhsul utilizasiya edilib. Sumqayıt24 bu haqda 25 iyul tarixində Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Tullantıların Zərərsizləşdirməsi Poliqonunda məhv edilən istifadəyə yararlılıq müddəti bitmiş 69 adda xama, qaymaq, yoğurt, dondurma və digər növ süd məhsulları “AZ FP CO LTD” MMC-yə məxsus idi.