Sumqayıt şəhərinin 8-ci mikrorayonunda, həyətlərin birində yarasız vəziyyətdə olan 2 avtomobil sakinlərin narazılığına səbəb olur. Bu problem ilə oxucular Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, 26/11 nömrəli binanın arxasında "VAZ" və "Mercedes" markalı maşınlar durur. Sakinlərin sözlərinə görə, bu avtomobillər illərdir bu həyətdədir və onların ancaq dəmir konstruksiyaları qalıb.
"Ilin istənilən günü bu maşınların üstündə uşaqlar oynayırlar. Köhnə, paslı maşınlar onlar üçün təhlükə mənbəyidir", - deyə sakin bildirib.