Sumqayıt şəhər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Bu haqda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi məlumat yayıb.
Məlumata əsəsən, mərkəzdə fəaliyyət göstərən dərnəklərin üzvləri şeirlər danışıblar. İştirakçılara 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş slaydlar göstərilib.
Tədbirdə Mərkəzin əməkdaşları, dərnək rəhbərləri və dərnək üzvləri iştirak ediblər.