top
Sumqayıt: 280 nəfərlik gimnaziyada 720 uşaq qeydiyyatdadır
29 noyabr 2023, 07:25
- +

Sumqayıt: 280 nəfərlik gimnaziyada 720 uşaq qeydiyyatdadır

İnternat tipli gimnaziya, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəb və inteqrasiya təlimli internat tipli gimnaziyada monitorinqlər aparılıb. Sumqayıt24 bu haqda 29 noyabr tarixində xəbər verir.

Yoxlamalar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Milli Preventiv Qrupu (MPQ) tərəfindən həyata keçirilib. Nəticədə 280 şagirdlik İnternat Tipli Gimnaziyada 720 uşağın qeydiyyatda olduğu, sıxlığın yaşandığı müəyyən edilib.

Bildirilib ki, məktəb yataqxanasında yaşayan 30 məcburi köçkün ailə də sıxlığa təsir edir. Müəssisənin, xüsusilə də onun yataqxanasının əsaslı təmirə ehtiyacı olduğu, hamam otağının olmadığı, işıqlandırma ilə bağlı məsələnin təkmilləşdirilməsinə zərurət olduğu qənaətinə gəlinib:

“Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə ibtidai sinif şagirdləri istisna olmaqla, digər şagirdlərin xüsusi dərs vəsaitləri ilə təmin edilməsində çətinliklər var. Müəssisə sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulsa da, infrastrukturun müyəssərliyinin təmin edilmədiyi, pandusların quraşdırılmadığı, məktəbin yeməkxanasında havalandırma sisteminin olmadığı müşahidə edilib.

Uşaqlarla görüş keçirilib, onlara Ombudsmana müraciət imkanları və üsulları barədə məlumat verilib.

Yekunda müəssisə rəhbərləri ilə söhbətlər aparılıb, çatışmazlıqların aradan qaldırılması istiqamətində tövsiyələr verilib, eyni zamanda hər üç müəssisənin nizamnaməsinin yenilənməsinə ehtiyac olduğu diqqətə çatdırılıb.

Yoxlamanın nəticəsi ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə müraciət olunacaq”.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Divarları çatlayan, eyvanları çökən yataqxana – Sumqayıtdan şikayət

Bütün xəbərlər
Dünən, 17:17

Qazilərin maaşının 400 manatlıq hissəsi vergidən azaddır

Bütün xəbərlər
Dünən, 16:47

Sumqayıtda poliklinika 3,9 milyon manata əsaslı təmir olunacaq

Bütün xəbərlər
Dünən, 16:22

Magistratura və doktoranturanı bitirmiş zabitlərin hərbi rütbədə olma müddəti 1 il azaldılacaq

Bütün xəbərlər
Dünən, 16:17

Sarayda içməli su israfı İDDİASI: "Bura heç vaxt təmir edilmir"

Bütün xəbərlər
Dünən, 15:47

Bakı-Sumqayıt qatarlarında REKORD - 52 min adam daşınıb

Bütün xəbərlər
Dünən, 15:17

Sumqayıtda yumurta qıtlığı - qiymətlər artacaq, yoxsa?...

Bütün xəbərlər
Dünən, 14:47

Sumqayıtda sabah 32 dərəcə isti olacaq

İdman
Dünən, 14:17

İki böyük şəhərin komandaları üz-üzə gələcək

Bütün xəbərlər
Dünən, 13:47

Sumqayıt yol qazıldı, hərəkət məhdudlaşdı

Bütün xəbərlər
Dünən, 13:17

Sumqayıtda dənizdən meyit tapıldı

Bütün xəbərlər
Dünən, 12:47

Prezident İlham Əliyev sumqayıtlı auditoru TƏLTİF EDİB

Bütün xəbərlər
Dünən, 12:29

Sumqayıt xəstəxanasında təyinat - Bu şəxslər rəhbər vəzifələrə gətirildi

Bütün xəbərlər
Dünən, 12:07

Ümumi təhsil müəssisələrinin tədris planları təsdiqlənib

Bütün xəbərlər
Dünən, 11:37

Sumqayıtda müəllim düzəltmək adı ilə 38 min manat aldı – 7 il həbs

İdman
Dünən, 11:00

Sumqayıtlı pəhləvan Azərbaycan Kubokunu qazandı

Bütün xəbərlər
Dünən, 10:26

Bu il Sumqayıtdan 266 min tona yaxın azot gübrəsi ixrac edilib

Bütün xəbərlər
Dünən, 09:56

Sumqayıt xəstəxanasında YENİ RƏHBƏR təyinatı

Bütün xəbərlər
Dünən, 09:07

Sumqayıtda iki maşın toqquşdu - ölən var

Bütün xəbərlər
15 sentyabr 2026, 18:30

Şəhidin yeganə övladı da məktəbli oldu

Bütün xəbərlər
15 sentyabr 2026, 18:05

"Buxar Sumqayıt"ın məşqçisi: "Oyunçu sayının azlığı Avropa Liqasındakı yeganə çətinlikdir"

Bütün xəbərlər
15 sentyabr 2026, 17:40

Sarayda "zebra" var, amma sürücülər piyadalara yol vermir

Bütün xəbərlər
15 sentyabr 2026, 17:28

Sumqayıt-Cəbrayıl marşrutu üzrə müsabiqənin qalibi açıqlandı

Bütün xəbərlər
15 sentyabr 2026, 17:05

Sumqayıtlıları çətin duruma salan su problemi - açıqlama

Oxşar xəbərlər