Sumqayıtda 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) "Uşaqlarda, böyüklərdə və hamilələrdə anemiyalar, onların yaranma səbəbləri, müayinə və müalicə" mövzusunda seminar keçirilib. Bu haqda bu gün, 19 may tarixində Sumqayıt Tibb Mərkəzinin Facebook səhifəsinə istinadən məlumat veririk.
Seminarda Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan ASM-lərin həkimləri iştirak edib. 3 nömrəli ASM-in pediatrı Günay Allahverdiyeva, terapevti Fərqanə İbrahimova və ginekoloqu Xuraman Sadıqova mövzu ilə bağlı təqdimatlarla uşaqlarda, böyüklərdə və hamilələrdə anemiyaları yaradan səbəblər, bu sahədə mövcud olan müalicə və müayinə üzrə dünya protokollarından geniş bəhs ediblər.
Sonda həkimləri maraqlandıran suallar cavablandırılıb, bu sahədə həyata keçirilən tədbirlərdən söz açılıb.